Kapitan qərarını verib

Son günlər Martin Odeqardın “Arsenal”dan ayrılacağı ilə bağlı iddialar yayılıb. Bildirilir ki, 27 yaşlı yarımmüdafiəçi tez-tez zədələndiyi və cari mövsümdə “topçular”ın əsas heyətində həmişə yer almadığı üçün klubdan getməyi düşünə bilər.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, vəziyyət tam fərqlidir.

Norveçli futbolçu “Arsenal” üçün hələ də əsas fiqur olduğunu sübut etmək istəyir və gələcəyini London klubu ilə bağlamaqda qərarlıdır.

Komandanın kapitanı yeni və uzunmüddətli müqavilə imzalamağa da müsbət yanaşır. Onun “Arsenal”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button