“Qapıçımız bir az kədərləndi, bir qol buraxdıq” – “Nyukasl”ın baş məşqçisi

“Nyukasl”ın baş məşqçisi Eddi Hou Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la ilk qarşılaşma haqda danışıb.

Komanda.az xəbər verir ki, ingilis baş məşqçi 6:1 hesablı qələbəni belə şərh edib:

“Biz hələ də “Qarabağ” haqda düşünürük və ikinci oyun da çox ciddi olacaq. Qapıçımız bir az kədərləndi, bir qol buraxdıq. Meydanda dominant komanda idik, lakin boşluqlarımız da oldu.

“Bizim üçün azarleşlərin dəstəyi çox vacibdir. Onlar uzun yoldan gəlib, bizi dəstəklədilər.

Bu gün pressinqimiz çox oldu. Bizim üçün yaxşı şans oldu. İkinci oyuna da hazırlığımızı davam etdirəcəyik.

Bu səviyyəyə gəlmək, mütəmadiliyi qorumaq və sabitlik bizim üçün vacibdir. Bu bizə ümid verir ki, biz önəmli komandayıq.

Mən “Qarabağ”ın oyunlarına çox baxmışam və komandanın keyfiyyəti çox yaxşıdır. Biz qələbə qazandıq, lakin “Qarabağ” zəif deyil”.

Cavab qarşılaşması fevralın 24-də, saat 00:00-da İngiltərədə keçiriləcək.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button