“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Əla nəticə əldə etdik”

İngiltərə Premyer Liqasının 26-cı turu başa çatdı və “Tottenhem” bu dəfə “Nyukasl”a məğlub (1:2) oldu. “Sağsağanlar” üçün bu, əvvəlki turdakı məğlubiyyətdən sonra əhəmiyyətli bir uğur olub.

Komanda.az “BBC Sport Given”-ə istinadən xəbər verir ki, “Nyukasl”ın baş məşqçisi Eddi Hou məmnunluğunu gizlədə bilməyib:

“Düşünürdüm ki, bu, əla performans idi, baxmayaraq ki, oyunçularda sona yaxın qıcolmalar yaranmağa başladı. Mövsümün qalan hissəsi çətin olacaq, amma bu gün həqiqətən də əla nəticə əldə etdik”.

“Nyukasl” bu nəticədən sonra İngiltərə Premyer Liqasında turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. Komanda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button