Azərbaycan millisi bu gün Danimarka ilə üz-üzə gələcək

Azərbaycanın futzal millisi təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, komanda Danimarka yığması ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək oyun saat 16:00-da start götürəcək. Görüşü Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə edəcək.

Bu komandalar yanvarın 22-də də qarşılaşıblar və Danimarka millisi 4:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button