24-cü dəfə çempion oldular

Futbol üzrə Slovakiya çempionatında cari mövsümün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Slovan” pley-off mərhələsinin 6-cı turunda “Ruzomberok”la heç-heçə edərək xalını 67-yə yüksəldib. Bununla da, Bratislava təmsilçisi ən yaxın izləyicisi “Ruzomberok”la xal fərqini 14-ə yüksəldib. Komanda çempionatın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.

“Slovan” ardıcıl 4-cü, ümumilikdə isə 24-cü dəfə ölkə çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button