Azərbaycan millisinin Finlandiya ilə oyununun hakimləri bilindi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də, saat 20:30-da Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Finlandiya oyununun hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Viktor Şimuşik olacaq. Ona yan xətt hakimləri Anton Qusev və Sergey Kosovets kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button