“2026-cı il Musialanın ili ola bilər”

“Bayern”in baş məşqçisi Vensan Kompani komandanın yarımmüdafiəçisi Camal Musialanın qayıdışı ilə bağlı açıqlama verib.

Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, belçikalı mütəxəssis Musialanın bərpa prosesinin yaxşı getdiyini və onun artıq Milad bayramına qədər məşqlərə başlayacağını bildirib:

“Camalın bərpası Alfonso Deyvisdən (komandanın müdafiəçisi) bir qədər uzun çəkəcək, amma hər şey qaydasındadır. O, Miladdan öncə bir neçə məşqə çıxmalıdır. 2026-cı il onun ili ola bilər”.

Musiala 2025/26 mövsümündə cəmi dörd oyun keçirib – hamısı da ABŞ-da keçirilən Klublararası dünya çempionatında. Ardınca o, baldır sümüyünün sınığı səbəbindən uzun müddət meydanlardan kənar qalıb.

22 yaşlı yarımmüdafiəçinin “Bayern”lə müqaviləsinin müddəti 30 iyun 2030-cu ilə kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button