“Sumqayıt” milli üzvü ilə müqaviləni yenilədi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Vüqar Mustafayev növbəti mövsümdə də “Sumqayıt”da çıxış edəcək. 26 yaşlı futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

2019-cu ildən “Sumqayıt”ın şərəfini qoruyan Vüqar Mustafayev bu müddət ərzində ümümilikdə 40 oyunda meydana çıxıb. Mustafayev Azərbaycan milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button