200-cü heç-heçə

“Qarabağ” Azərbaycan çempionatında 200-cü dəfə heç-heçə edib.

Komanda.az xəbər verir ki, bu, Premyer Liqanın 26-cı turunda baş verib. Qurban Qurbanovun yetirmələri ev matçında “Zirə” ilə qolsuz heç-heçəyə imza atıb – 0:0.

200-cü “sülh” ölkə çempionatındakı 850-ci qarşılaşmaya təsadüf edib. Ağdam klubu evdə 82, səfərdə 113, neytral meydanda 5 dəfə heç-heçə ilə kifayətlənib.

“Qarabağ” daha çox – 30 dəfə “Neftçi” ilə heç-heçə oynayıb. “Şamaxı” ilə görüşlərdə 24 bərabərlik gerçəkləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button