2 kapitan, 2 yubiley

Azərbaycan Premyer Liqasının 17-ci turu iki futbolçunun ölkə çempionatında 350-ci oyununu keçirməsi ilə əlamətdar olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Qəbələ” (1:0), “Sumqayıt”ın arxa xətt oyunçusu Vurğun Hüseynov “Səbail”lə qarşılaşmada (2:0) yubileyini qeyd edib. Hər iki kapitan 350-ci görüşünü doğma meydanda keçirib.

Bununla da, 1992-ci ildən keçirilən yarışda 350 və daha çox oyuna çıxanların sayı 12-yə çatıb. Maksimlə Vurğuna qədər 10 futbolçu buna nail olub.

Debütü 2006/07 mövsümünə təsadüf edən Maksim bu müddətdə 12 qol vurub. 33 yaşlı müdafiəçi yalnız “Qarabağ”da forma geyinib. O, bir klubda ən çox oyun keçirən futbolçudur.

İlk oyunu 2005/06 mövsümünə təsadüf edən Vurğunun hesabında 10 qol var. 34 yaşlı müdafiəçi debüt etdiyi “Turan” və indi şərəfini qoruduğu “Sumqayıt”dan başqa, “Qəbələ”də də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button