16 yaşlı dağıstanlı futbolçu İspaniya klubu ilə müqavilə imzaladı

16 yaşlı dağıstanlı futbolçu Səid Cavatxanov İspaniyanın “Hospitalet” klubu ilə müqavilə imzalayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Cavatxanov Moskvanın “Nine” futbol məktəbinin məzunudur. Futbolçu artıq Kataloniyaya yollanıb və orada “Hospitalet”lə müqavilə imzalayıb.

Bu komanda İspaniya La Liqasında çıxış edən “Barselona” və “Espanyol”dan sonra Kataloniyada üçüncü ən önəmli klubdur.

“Hospitalet” İspaniyanın üçüncü divizionunda mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button