1-ci Liqada noyabrın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

Azərbaycan 1-ci Liqasında noyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib.

Komanda.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, “Ayın qolu” layihəsi çərçivəsində “Mingəçevir”in üzvü Seymur Məmmədov mükafatlandırılıb.

Noyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 12-ci turun “Mingəçevir” – “Şahdağ Qusar” qarşılaşmasından əvvəl PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button