“Əsl çempionlar belə oynayır” – Van Persi

“Arsenal”ın keçmiş hücumçusu Robin van Persi London klubunun 2022/23 mövsümündəki çıxışını dəyərləndirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, paytaxt klubunun çempion olacağını düşünür:

“Çempionatın bu anında qazanılan hər bir xal önəmlidir. “Arsenal”ın üç xal qazandığı bəzi matçlar çox çətin keçib. Əsl çempionlar belə oynayır. Lakin sona doğru getdikcə hər şey çətinləşir.

Şəxsən mən “Arsenal”ın bu mövsüm İngiltərədə qalib olacağını düşünürəm. Bu, uzun müddətdir ki, baş verməyib. Ona görə də, bunu bacarsalar, şad olaram”.

Keçmiş niderlandlı futbolçu 2004-2012-ci illərdə “topçular”ın formasını geyinib.

London təmsilçisi hazırda İngiltərə çempionatının turnir cədvəlində 69 xalla birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button