Ərəblərin cəlbedici təklifinə “yox” deyib – Belçikalı hücumçu

“Çelsi”nin hücumçusu Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantından imtina etmək qərarına gəlib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, belçikalı hücumçu Səudiyyə Ərəbistanından aldığı cəlbedici təklifə baxmayaraq, Avropanı tərk etməyə hazır deyil.

Daha əvvəl bildirilmişdi ki, Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Lukakunun xidmətində maraqlıdır.

Məlumatda qeyd olunur ki, Lukakunun ötən mövsümü icarə əsasında keçirdiyi “İnter”lə futbolçunun hüquqlarına sahib olan “Çelsi” arasında hələlik razılıq əldə olunmayıb.

Lukaku 2022/2023 mövsümündə bütün yarışlar nəzərə alınmaqla “İnter”in heyətində 36 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button