Ərəblər onu da transfer etməyə yaxındırlar

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” “İnter”in yarımmüdafiəçisi Marselo Brozoviçi transfer etməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda danışıqlar müsbət istiqamətdə irəliləyir. Tərəflər bu gün müqavilənin son şərtlərini müzakirə edəcəklər.

Öncədən “Əl-Nəsr”in Brozoviç üçün Milan klubuna 15 milyon avro təklif etdiyi haqda xəbər vermişdik.

Brozoviç 2022/23 mövsümündə “İnter”in heyətində 40 oyuna çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə edib.

“Əl-Nəsr”də portuqaliyalı hücumçu Kriştiano Ronaldo da forma geyinir. Kərim Benzema, Nqolo Kante kimi futbolçular da 2023/24 mövsümündə Səudiyyə Ərəbistanı çempionatında çıxış edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button