ÇL: Ən çox qol vuran belçikalı

“İnter” UEFA Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Portu”nu məğlub edib (1:0). Matçda yeganə qolun müəllifi Romelu Lukaku olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da, belçikalı hücumçu həmyerliləri arasında Çempionlar Liqasında vurduğu qolların sayına görə birinci olub. Onun aktivində 17 qol var.

29 yaşlı futbolçu “Napoli”nin keçmiş futbolçusu, hazırda “Qalatasaray”da çıxış edən Dris Mertensi qabaqlayıb (16 qol).

“Portu” – “İnter” cütünün cavab qarşılaşması martın 14-də Portuqaliyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button