“Ənənəvi idman növləri ilə gəncləri cəlb etmək çətin olacaq” – Pike

“Barselona”nın keçmiş futbolçusu Jerar Pike əmindir ki, futbolun müasir əyləncə ilə rəqabət aparması çətindir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Pike, xüsusən də, gəncləri idman əyləncələrinə cəlb etməyin çətinləşəcəyini bildirib:

“Düşünürəm ki, dünya daha çox əyləncə məhsullarına doğru irəliləyir. Başa düşürəm ki, idman həmişə daha çox əyləncə olub. Lakin idman həmişə texniki, taktiki aspektlərə, fiziki hazırlığa daha çox diqqət yetirib… Azarkeşlər əylənmək istəyirlər və onlar indi həmişəkindən daha çox əyləncəli olmağı arzulayırlar.

İndi futbol var, basketbol var, Formula 1, “Netflix”, HBO, “Amazon” var… Gündə 24 saat var, insan onun səkkiz saatını yatır, həm də işləyir.

Tennisdəki təcrübəmə əsasən deyirəm, ənənəvi idman növləri ilə gəncləri cəlb etmək çətin olacaq. Çünki onlarda nəyisə dəyişmək çətindir. İdman növləri federasiyalar tərəfindən idarə olunur və federasiyalar ümumiyyətlə, dəyişiklik istəmirlər. Siz isə televiziya şouları ilə rəqabət aparmalısız”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button