Əliyev qələbəni kənardan izlədi

Futbol üzrə Rusiya Birinci Liqasında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ulyanovsk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Əliyev bu matçın iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda qalıb.

“Arsenal” 11 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button