Əli Səmədov yenidən “Kəpəz”də

“Kəpəz” qış hazırlıq dövründə ilk transferini həyata keçirib.

Komanda.az xəbər verir ki, “sarı-göylər” Gəncə futbolunun yetirməsi Əli Səmədovla güclənib.

22 yaşlı yarımmüdafiəçi mövsümün ilk yarısında “Sabah-2” komandasının şərəfini qoruyub. Onunla cari çempionatın sonuna kimi müqavilə bağlanacaq.

Xatırladaq ki, mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Əli Səmədov yayda “Kəpəz”dən ayrılıb Bakı təmsilçisinə keçmişdi. O, buna kimi son 3 mövsümdə Gəncə klubunun əsas və əvəzedici komandasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button