Buffon “Yuventus”dan ayrıla bilər

“Yuventus”un futbolçusu Canluici Buffon mövsümün sonunda komandanı tərk edə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı qapıçı A Seriyası təmsilçisi “Parma”da çıxış edə bilər. Buffon yetirməsi olduğu komanda ilə daha bir mövsüm keçirib, karyerasını bitirmək niyyətindədir.

“Parma” klubunun yetirməsi olan Buffon, 1994-2001-ci illər aralığında bu komandada çıxış edib. İtalyan futbolçunun “Yuventus”la müqaviləsi yaya qədərdir. Buffon “qoca sinyora” ilə bu mövsüm 10 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button