“Yuventus” Ronaldoya qiymət qoydu

“Yuventus” mövsümün sonunda klubdan ayrılacağı iddia olunan Kriştiano Ronaldonun transfer dəyərini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, “Yuventus”un yayda Ronaldonu satacağı təqdirdə, onun üçün tələb etdiyi məbləğin 25 milyon avro olduğu bildirilib.

Ronaldo hazırda “Yuventus”da illik 31 milyon avro qazanır. Turin klubunun rəhbərliyi hücumçudan maaşının azaldılmasına razılıq istəyir. 36 yaşlı futbolçu maaşının azaldılmasına qarşı çıxsa, “Yuventus” onu satacaq.

Ronaldonun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button