Beylin arzusu

Uels milli komandasının futbolçusu Qaret Beyl açıqlama verib.

Komanda.az xəbər verir ki, “Real” klubunda çıxış edən Beyl, dünya çempionatında oynamaq istədiyini deyib:

“Mövsüm təzə başlayıb və yeni müqavilə haqda hələ düşünmürəm. Bütün diqqətim Uelsin matçındadır. Hər matçda oyunumdan necə zövq ala biləcəyim haqda düşünürəm. Dünya çempionatında oynamaq istəyirəm. Bunu təkcə özüm üçün deyil, ölkəm üçün istəyirəm. Dünya çempionatında iştirak etmək milli komandamız üçün böyük təcrübə olacaq”.

Uels yığması DÇ-2022-nin seçmə mərhələsinin E qrupunda Belçika, Çexiya, Belarus və Estoniya ilə mübarizə aparır. Uels millisi hazırda 3 xalla 3-cü sıradadır.