Simeone: “Atletiko”nu onsuz təsəvvür edə bilmirəm”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone, haqqında transfer iddiaları çıxan futbolçusu Antuan Qrizmannla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan argentinalı mütəxəssis, Qrizmannın komandada qalmasını istədiyini deyib:

“Qrizmannın olmadığı bir “Atletiko”nu təsəvür etmirəm. Onun klubuyla müqaviləsi var. “Atletiko”nun kapitanlarından biridir və həmişə komandasına kömək etmək üçün əlindən gələni edir”.

“Atletiko”yla 2023-cü ilə qədər sözləşməsi olan Qrizmannla “Barselona”, “İnter”, “Yuventus” kimi klublar yaxından maraqlanır. Fransız hücumçu bu mövsüm 39 oyunda iştirak edərək, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button