
Sabiq futbolçudan Ronaldoya dəstək
Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani, dünya çempionatından sonra komandanın hücumçusu Kriştiano Ronaldo üçün dəstək mesajı paylaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkədə bunları yazıb:
“Futbolda qoyduğun irs hər şeyi deyir. Ronaldo, səninlə bu qədər anı bölüşmək böyük şərəf idi. Bu formaya nə qədər bağlı olduğunu bilirəm. Sənə və bütün komandaya güc arzulayıram. Bu komanda hörmətə layiqdir”.
Portuqaliya millisi dünya çempionatının 1/8 finalında İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olaraq, turnirlə vidalaşıb. Ronaldo turnirdə keçirdiyi 5 oyunda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


