“Sabah” – “Neftçi” matçında ara qarışdı, Musayevlə 2 futbolçu qovuldu

Azərbaycan kubokunun “Sabah” – “Neftçi” matçında ara qızışıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanın 2-ci hissəsində “Sabah”ın futbolçusu Aleksey İsayev rəqib oyunçu Eddi İsrafilovu başla vurub.

Bundan sonra meydan sahiblərinin qapıçlsı Səlahət Ağayev də ortaya gələrək, “Neftçi”nin futbolçularına hücum edib. Hakim həm Səlahətə, həm də Alekseyə qırmızı vərəqə verib. Hadisələr bundan sonra daha da məcrasından çıxıb. Səlahət meydanı tərk edərək “Neftçi” azarkeşləri ona “Neftçi”nin çörəyi haramın olsun” deyə səsləniblər. Səlahət fanatlara barmaq işarəsi edib və fanatlar ona yad əşyalar atıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button