Rusiya millisi Avropa Oyunlarının qalibi oldu

Rusiya millisi Belarusda təşkil olunan Avropa Oyunlarının komanda hesabında medal sayına görə vaxtından əvvəl qalib olub.

Komanda.az xəbər verir ki, rusiyalı idmançıların hesabında 39 qızıl, 19 gümüş və 35 bürünc mükafat var. Hazırda ruslar ən yaxın izləyiciləri olan Belarus yığması (22-14-25) üçün əlçatmazdırlar.

Azərbaycan millisi isə medal sayına görə komanda hesabında hazırda 9-cu yerdə qərarlaşıb. Yığma komandanın hesabında 5 qızıl, 7 gümüş və 12 bürünc olmaqla 24 medal var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button