“Real” iki yeni transferə hazırlaşır

“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferi üçün yaxın günlərdə rəsmi addım atacaq.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” əvvəlcə “Leyptsiq”dən Yan Diomandenin keçidini rəsmiləşdirəcək, bundan sonra isə Rodri ilə bağlı “Mançester Siti”yə təklif göndərəcək.

“Real” rəhbərliyində 30 yaşlı futbolçunun transferinə dair nikbinlik artıb. Baş məşqçi Joze Mourinyo yarımmüdafiə xəttinin gücləndirilməsini vacib hesab edir və Rodrini bu mövqe üçün ən ideal namizəd sayır.

Bildirilir ki, Rodri ayrılmaq istədiyi halda, “Mançester Siti” onun gedişinə mane olmayacaq. İngiltərə klubu müddəti 2027-ci ilin yayına qədər müqaviləsi olan ispaniyalı futbolçunu yeni sözləşmə imzalamağa məcbur etmək niyyətində deyil. Mənbələr “şəhərlilər”in “Real”la danışıqlara hazır olduğunu bildirir.

Transferin təxminən 50-60 milyon avroya başa gələcəyi bildirilir.

Rodri ötən mövsüm İngiltərə Premyer Liqasında 21 oyunda iştirak edib və 1 qol vurub. O, həmçinin, 2026-cı il dünya çempionatında İspaniya millisinin heyətində bütün 8 matçda forma geyinib və turnirin ən yaxşı futbolçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button