Rəqibləri elə seçmişik ki… – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov yoxlama oyununda Qazaxıstanın “Jetisu” klubuyla qollu bərabərə qaldıqları (1:1) matçdan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Abbasov matçı belə şərh edib:

“Bəlkə bu gün oyun olmasında bir az üstünlüyümüz oldu ki, futbolçularda yorğunluq bir az azalmışdı. Fərqli iki hissə oldu. Hər kəsə şans verdik. Ümumən razı qaldım. Xeyli qol imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Səhvlərimiz də var. Çalışacağıq ki, Antalyada maksimum hazır olaq. Rəqibləri də elə seçmişik ki, çempionatın səviyyəsinə uyğundurlar və onlarla qarşılaşmalarda öz səhvlərimizi görə bilək. Bu gün nə tapşırıq qoyulmuşdu, futbolçular ümumən yerinə yetirməyə çalışdılar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button