Kamerun üzərində qələbəyə sevindi – “Qarabağ”ın legioneri

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində Afrika Millətlər kubokunun seçmə mərhələsində Kameruna 3:1 hesabı ilə qalib gəldikləri oyunda forma geyinib.

Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu start heyətdə yer alıb və 71-ci dəqiqədə – komandası hesabda 3:1 öndə olarkən meydanı tərk edib.

Kabo-Verdenin növbəti matçı martın 30-da Mozambikə qarşı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button