
“Qəbələ” Fransa klubunun futbolçusunu icarəyə götürdü – Rəsmi
“Qəbələ” transfer dönəminin son günündə heyətinə daha bir futbolçu cəlb edib.
Bu barədə Komanda.az-a bölgə təmsilçisindən məlumat verilib.
“Qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valansyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.
Sonuncu komandası “Valansyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib.
O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



