“Bu, çox ağrılıdır” – “Nyukasl”ın baş məşqçisi

“Nyukasl”ın baş məşqçisi Eddi Hou komandasının İngiltərə Liqa kubokunun 1/4 finalında “Çelsi”yə məğlubiyyətini şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, ikinci hissədə komandasının oyunda üstünlüyünü itirdiyini deyib:

“Bu, çox ağrılıdır. PSJ ilə oyundan sonra da oxşar hissləri yaşadım. Uşaqlar o qədər səy göstərdilər ki, biz uzun müddət hesabda öndə olduq. Bəlkə də, ikinci hissədə texniki cəhətdən o qədər də yaxşı deyildik. Fasiləyə qədər qol vurduq və hücumda təhlükəli idik. İkinci hissədə komanda öndə üstünlüyünü itirsə də, yaxşı müdafiə olundu”.

“Çelsi” – “Nyukasl” matçı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Çelsi”nin futbolçuları daha güclü olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button