Premyer Liqada avqustun ən yaxşı məşqçisi də bilindi

Futbol üzrə İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, ötən ayın ən yaxşısı “Tottenhem”i çalışdıran Nuno Espirito Santo seçilib.

Portuqaliyalı mütəxəssisin çalışdırdığı kollektiv ötən ay keçirdiyi hər üç oyundan qalib ayrılıb. London təmsilçisi bu oyunlarda qapısından da top buraxmayıb və 9 xalla vahid liderdir.

Xatırladaq ki, ötən ayın ən yaxşı oyunçusu isə “Vest Hem”in hücumçusu Maykl Antonio seçilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button