Premyer Liqa klubunda baş məşqçi istefası

İngiltərənin “Uotford” klubu baş məşqçisi Kike Sançes Floresi istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın uğursuz çıxışı səbəb olub. İspaniyalı mütəxəssis sentyabr ayında “Uotford”a baş məşqçi təyin olunsa da, komandada dönüş yarada bilməyib.

Qeyd edək ki, “Uotford” 14 oyuna topladığı 8 xalla 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button