Ozan Canlı “Telstar” doğma meydanda uduzdu

Futbol üzrə Niderland 2-ci liqasında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Venlo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Ozan da bu matçın iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.

“Telstar” 18 oyuna topladığı 18 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.