Simeonedən Ronaldo-Messi müqayisəsi

Çempionlar Liqasının 1/8 final mərhələsində Kriştiano Ronaldonun vurduğu qollarla “Yuventus”a məğlub olaraq, mübarizəni dayandıran “Atletiko”nun baş məşqçisi Dieqo Simeone açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, Ronaldo ilə Lionel Messini müqayisə edib:

“Ronaldo çox güclü və tükənməyən enerjiyə sahibdir. Onu təkcə mübarizə aparmaq üçün göndərsəz, döyüşü qazanar. Messinin döyüşdə bir şey edə bilməsi üçün “Barselona”dakı bütün komanda yoldaşlarını özü ilə aparması lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button