“Nyukasl” Voltemadeni saxlamaq qərarı verib

“Nyukasl” rəhbərliyi hücumçu Nik Voltemadeni komandada saxlamaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun idman direktoru Ross Uilson almaniyalı futbolçunun bu yay transferinə veto qoyub. Komanda yeni mövsümdə Voltemadeyə güvənir.

24 yaşlı hücumçu 2025-ci ilin yayında 85 milyon avroya “Ştutqart”dan “Nyukasl”a transfer olunub. O, 2025/26 mövsümündə bütün turnirlərdə 51 oyunda meydana çıxaraq, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button