“Nyukasl” “Arsenal”ın 64 milyon avroluq təklifini rədd edib

“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşi transfer etmək üçün çalışmalarını davam etdirir.

Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, London klubu 28 yaşlı futbolçu üçün 55 milyon funt-sterlinq (təxminən 64 milyon avro) təklif etsə də, “sağsağanlar” bu təklifi qəbul etməyib. Bununla belə, “topçular”ın rəhbərliyi yeni və daha sərfəli təkliflə yenidən danışıqlara başlayacağını qarşı tərəfə çatdırıb.

Gimarayeş transfer danışıqlarında aktiv iştirak etmir. Çünki o, hazırda bütün diqqətini 2026-cı il dünya çempionatındakı çıxışına yönəldib.

“Transfermarkt” portalı yarımmüdafiəçinin dəyərini 70 milyon avro olaraq qiymətləndirir. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button