“Neftçi”nin futbolçusu son 13 ilin rekordunu qırdı

“Neftçi”nin futbolçusu Tyaqo Bezerra mövsüm ərzində vurduğu qolların sayını 10-a çatdırıb.

Komanda.az xəbər verir ki, braziliyalı hücumçu Premyer Liqanın 25-ci turunun “Sumqayıt”la səfər oyunundakı (2:0) dublla qol sayını ikirəqəmli ədədə çatdırıb.

O, son 13 mövsümdə 10 və ya daha çox qol vuran 35 yaşı arxada qoyan yeganə futbolçudur. Azərbaycan çempionatında belə veteran bombardirə sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Amiran Muciri “Bakı”nın heyətində 11 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button