“Neftçi” – “Sabah” matçının biletləri satışda

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində fevralın 1-də keçiriləcək “Neftçi” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə “Neftçi”nin mətbuat xidməti məlumat yayıb.

Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri oyunun keçiriləcəyi 8-ci km stadionunun kassalarından əldə etmək mümkündür.

Kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 19:45-dək işləyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button