“Neftçi” “Səbail”lə oyuna bir itki ilə hazırlaşır

“Neftçi” Premyer Liqanın 23-cü turu çərçivəsində qarşılaşacağı “Səbail”lə oyunun hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, komanda üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıblar.

Əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində Rəhman Hacıyev iştirak etməyib. Əvəzində, Eddi İsrafilov və Fərid Yusifli fərdi yox, komanda ilə birlikdə məşq ediblər.

Fevralın 18-də “Bakcell Arena”da keçiriləcək bu oyuna saat 17:30-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button