Mourinyo haqqında sənədli film təqdim olunacaq

Avqustun 11-də “Netflix” platformasında Joze Mourinyoya həsr olunmuş “Joze Mourinyo. Xüsusi” adlı sənədli filmin premyerası olacaq.

Filmdə portuqaliyalı mütəxəssisin həyat və məşqçilik karyerasından indiyədək ictimaiyyətə məlum olmayan məqamlar yer alacaq. Layihədə həmçinin, futbol dünyasının tanınmış simaları ilə eksklüziv müsahibələr təqdim ediləcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədli filmdə Aleks Ferqyuson, Con Terri, İker Kasilyas, Zlatan İbrahimoviç, Didye Droqba, Marselo, Samuel Eto, Xavyer Zanetti, Frenk Lempard və Petr Çex kimi sabiq məşqçi və futbolçuların fikirlərinə də yer verilib.

Ekran işi Mourinyonun karyerasındakı ən böyük uğurları, qalmaqalları, futbol ulduzları ilə münasibətləri və ona məşhur “Xüsusi” ləqəbinin necə qazandırıldığını əhatə edəcək.

Mourinyo 2026-cı il iyunun 11-də rəsmi olaraq “Real”ın baş məşqçisi təyin olunub. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button