
Martines Portuqaliyanın yaxşı futbolçulara sahib olmasının “sirr”ini açdı
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines yığmanın inkişaf modeli və futbol mədəniyyəti barədə açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ölkənin futbol sistemini yüksək qiymətləndirərək, Portuqaliyanı “futbol məktəbi” adlandırıb:
“Azsaylı əhaliyə (təxminən 10 milyon) baxmayaraq, portuqaliyalı futbolçular dünyanın ən güclü klublarında yer almağı bacarırlar. Bunun səbəbini oyunçuların xaricə açıq olması, dilləri öyrənməsi və Avropa futboluna inteqrasiyasında görürəm”.
İspaniyalı mütəxəssis həmçinin, bildirib ki, akademiya sistemində 15–23 yaş arası futbolçular eyni metodla hazırlanır və bu, yüksək səviyyəli oyunçu yetişdirilməsini təmin edir. O, Pedro Neto (“Çelsi”), Vitinya, Joao Neveş (hər ikisi PSJ) və Renato Veyqa (“Vilyarreal”) kimi futbolçuları nümunə göstərərək, onların yığmada əsas heyətə yüksəlməsini inkişaf sisteminin nəticəsi kimi qiymətləndirib.
Portuqaliya millisi dünya çempionatına hazırlıq çərçivəsində martın 29-da Meksika yığması ilə yoxlama oyunu keçirəcək. Bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



