Messidən 700-cü qol

Liqa 1-in 25-ci turu çərçivəsində baş tutan Marsel “Olimpik”i ilə oyun PSJ-nin hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, Messi bu oyunda rəqib qapısına yol tapmaqla klub karyerasındakı 700-cü qoluna imza atıb.

O, bu saya 840-cı oyununda çatıb. PSJ-də 28-ci qolunu vuran futbolçu daha öncə “Barselona”da da rəqib qapılarından 672 top keçirib.

Xatırladaq ki, Messi bu mövsüm meydana çıxdığı 20 oyunda 12 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button