Messi 6-cı “qızıl buts”unu aldı

İspaniya çempionu “Barselona”nın kapitanı Lionel Messi ötən mövsüm qazandığı “qızıl buts” mükafatına qovuşub.

Komanda.az xəbər verir ki, argentinalı superulduz bu gün keçirilən tədbirdə 6-cı dəfə bu titula yiyələnib.

32 yaşlı futbolçu ötən mövsüm milli çempionatlarda ən çox qol vuraraq, buna nail olub. Belə ki, Leo La Liqada meydana çıxdığı 34 matçda 36 qola imza atıb.

Qeyd edək ki, Messi 2009-10 (34 qol), 2011-12 (50), 2012-13 (46), 2016-17 (37) və 2017-18 (34) mövsümündə də hamıdan çox fərqlənmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button