Meksika klubunun 8 futbolçusu koronavirusa yoluxdu

Meksikanın “Santos Laquna” klubunun 8 futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Meksika Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə, “Santos Laquna”nın 8 futbolçusunun koronavirus testinin müsbət çıxdığı bildirilib. Futbolçuların adları isə açıqlanmayıb.

Meksika Futbol Liqasında mövsüm koronavirus pandemiyasına görə erkən yekunlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button