Mbappe Kavaniyə çatdı

PSJ Fransa çempionatının 25-ci turunda “Marsel”i məğlub edib (3:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç fransalı forvard Kilian Mbappe üçün əlamətdar olub.

O, Paris təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla qollarının sayını 200-ə çatdırıb.

Nəticədə, fransalı hücumçu paytaxt klubunun keçmiş oyunçusu Edinson Kavaninin rekordunu təkrarlayıb.

Bu göstəriciyə çatmaq üçün Mbappeyə 246 oyun, Kavaniyə isə 301 matç kifayət edib.

Kilian Mbappe cari mövsümdə Liqa 1-də 21 oyuna çıxıb və 17 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button