
“Mançester Yunayted” 100 minlik yeni stadionun harada yerləşəcəyini açıqladı
“Mançester Yunayted” yeni stadionunun harada inşa ediləcəyini rəsmən açıqlayıb.
Komanda.az klubun yaydığı məlumata istinadən xəbər verir ki, 100 min tamaşaçı tutumuna malik arena hazırkı “Old Trafford” stadionundan təxminən 350 metr şimal-qərbdə tikiləcək.
Layihə çərçivəsində stadionun ətrafında təxminən 15 min yeni yaşayış binası, məktəblər, xəstəxanalar və müxtəlif nəqliyyat növlərini əhatə edən müasir infrastruktur yaradılacaq.
Klub rəhbərliyi bildirib ki, yeni arenanın “Old Trafford”a yaxın ərazidə inşa olunması azarkeşlər üçün formalaşmış atmosferin və ənənələrin qorunmasına kömək edəcək.
Hazırkı “Old Trafford” stadionunun gələcək taleyi ilə bağlı isə hələ yekun qərar verilməyib. Bu məsələ ilə bağlı qərarın daha sonra açıqlanacağı bildirilib.
Bizi Facebook-da izləyin



