
İngiltərə klubu Alvaresin meneceri ilə əlaqə saxlayıb
“Atletiko”nun hücumçusu Xulian Alvares “Mançester Yunayted”in transfer siyahısına düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın nümayəndələri artıq argentinalı futbolçunun meneceri ilə əlaqə saxlayıblar. Hücumçu ilə “Barselona”, “Arsenal” və PSJ də maraqlanmağa davam edir.
“Mançester Yunayted”in UEFA Çempionlar Liqasına qayıtması və klubun sabit maliyyə vəziyyəti İngiltərə təmsilçisini Alvaresin transferi uğrunda mübarizədə ciddi namizədə çevirir.
26 yaşlı forvard 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 49 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



