“Mançester Siti”nin zədəli müdafiəçisi geri dönür

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol ciddi zədədən sonra bərpa prosesinin son mərhələsinə yaxınlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu yaxın 10 gün ərzində yüngül qaçış məşqlərinə başlayacaq və yükü tədricən artıracaq.

Klub daxilində Qvardiolun bərpasının problemsiz və plan üzrə getdiyi bildirilir. Onun tam sağalmasının mayın ortalarına qədər tamamlanması gözlənilir.

24 yaşlı müdafiəçi yanvarda, Premyer Liqa çərçivəsində “Çelsi” ilə keçirilən və 1:1 hesabı ilə bitən oyunda sağ ayağının baldır sümüyündən ağır zədə almış və əməliyyat olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button