Sterlinq “Real”a keçə bilər

“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, ingilis hücumçu ilə Madridin “Real” klubu yaxından maraqlanır. Bu barədə “Daily Star” nəşri məlumat yayıb. Xəbərdə, “Mançester Siti”də son zamanlarda start heyətindəki yerini itirən Sterlinqin “Real”ın “radar”ına düşdüyü bildirilib.

Sterlinq “Mançester Siti”də xoşbəxtdir və klubla müqaviləsini yeniləmək istəyir. “Şəhərlilər” isə 26 yaşlı hücumçunu 92 milyon avroluq təklif olacağı halda, satmağa razıdır.

İngilis futbolçu bu mövsüm “Mançester Siti”də 42 oyunda 13 qol vurub, 11 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button